EN

Kim Çen In də nüvə nüvə silahı ilə təhdid etdi

Şimali Koreya lideri Kim Çen In Koreya Xalq Ordusunun xüsusi təyinatlılarının təlim bazasına baş çəkib və burada keçirilən təlimləri müşahidə edib.

O, bəyan edib ki, respublikaya hücum ediləcəyi təqdirdə bütün mövcud qüvvələrdən, o cümlədən nüvə silahından istifadə etməkdən çəkinməyəcək.

KXDR lideri Cənubi Koreya prezidenti Yun Seok-yeol-u “kukla” adlandırıb və Cənubi Koreya hakimiyyəti ilə ABŞ arasında nüvə ittifaqını tənqid edib. “Əgər ifrat axmaqlığa və ehtiyatsızlığa düşmüş düşmənlər bizim dəfələrlə etdiyimiz xəbərdarlıqlara məhəl qoymasalar və Cənubi Koreya və ABŞ-ın müttəfiqliyinə güvənərək, KXDR-in suverenliyini pozmaq üçün güc tətbiq etməyə çalışsalar, biz mərhəmət göstərməyəcəyik, – deyə Kim Çen Inı hədələyib.

O, Şimali Koreya alimlərini “nüvə təhlükələrinə cavab verə bilmək” üçün nüvə materiallarının istehsalını artırmağa çağırıb.

Xatırladaq ki, oktyabrın 1-də Cənubi Koreya silahlı qüvvələrin yaranmasının 76-cı ildönümünü qeyd edib, onun şərəfinə Seulda genişmiqyaslı hərbi parad keçirilib. Prezident Yoon Seok-yeol söz verib ki, Pxenyan ölkəsinə qarşı nüvə silahından istifadə etməyə cəhd edərsə, Cənubi Koreya və ABŞ-ın cavabı “həlledici və heyrətləndirici” olacaq.

//Samir Qurbanov, Editor.az

Chosen
2
1
editor.az

2Sources