EN

Rusiyanın Perm vilayətində neft məhsulları anbarında dəhşətli yanğın (VİDEO)

Oktyabrın 4-nə keçən gecə Rusiyanın Perm vilayətində neft məhsullarının saxlanılması üçün özəl bazada yanğın baş verib - yanğın yanacaq çənlərini bürüyüb.

Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Fövqəladə Hallar Komissiyası Telegram-da məlumat yayıb.

"Osentsi kəndinin sənaye zonasında 10 000 kvadratmetr sahədə neft məhsullarının saxlanması üçün xüsusi baza yanır”, - Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Yanğının səbəbi açıqlanmır.

Yanğının lokallaşdırıldığı və söndürülməsinin davam etdiyi bildirilir.  
Ərazidə 60-dan çox mütəxəssis və 19 texnika işləyir.
Rusiya Fövqəladə Hallar Nazirliyi tələfatın olmadığını bildirir.

Qeyd edək ki, dünən oktyabrın 4-nə keçən gecə Voronej vilayətində pilotsuz təyyarə Anna şəhər tipli qəsəbədə yerləşən "Annanefteprodukt” MMC-nin neft bazasına hücum edib.

Alpər
Chosen
8
1
qaynarinfo.az

2Sources