EN

77 yaşlı aktyor məşhur roluna qayıtmaq üçün şərt qoyub

Yazını böyüt
Yazını kiçilt

“A Nightmare on Elm Street” kabus serialının ulduzu Robert Englund məşhur roluna qayıtmaq üçün yeganə şərtini açıqlayıb.

Hafta.az-ın “Screen Rant”a istinadən yazdığına görə, Englund, “Jackie Earle Haley”in yuxu qatili rolunu oynadığı 2010-cu ildəki istehsal istisna olmaqla, bütün “A Nightmare on Elm Street” filmlərində Freddi Krügeri canlandırdı.

14 il əvvəl remeykdən sonra seriala yeni film əlavə olunmasa da, fürsət düşən kimi aktyorun ikonik roluna qayıdıb-qayıtmayacağı hələ də qeyri-müəyyən olaraq qalır.

Dəhşət janrına yönəlmiş Amerika xəbər saytı “Bloody Disgusting”in suallarını cavablandıran Englund bildirib ki, o, Freddi rolunu ancaq “A Nightmare on Elm Street”n cizgi versiyasında” təkrar canlandıra bilər.

Aktyor bildirib ki, yaşına görə daha canlı çəkiliş filmlərində məşhur serial qatilinin bacarıqlarını canlandıra bilmir. 77 yaşlı aktyor animasiya layihəsi gələrsə, obrazı səsləndirməyə hazır olacağını açıqlayıb.

Usta aktyor "Mənim içimdə heç bir Freddy qalmadı" deyərək əlavə edib: "Yəqin ki, həqiqətən yüksək səviyyəli, animasiya versiyasını səsləndirə bilərdim. Bunu tələb etmək yaxşı olardı, amma bacara bilməyəcəyimi bilirəm. Mən artıq qoca bir itəm, məni rahat buraxın!".

HBO 2019-cu ilin noyabrında elan etdi ki, həm “A Nightmare on Elm Street” filmi, həm də seriallar işlərdədir və Englundun hər iki layihədə öz rolunu yenidən canlandıracağı gözlənilirdi. Lakin o vaxtdan serialın davam edəcəyi ilə bağlı konkret məlumat yoxdur.

1984-cü ildə Ues Kreyven tərəfindən çəkilən ilk “A Nightmare on Elm Street” filmində Enqlund, Hizer Lanqenkamp, ​​Con Sakson və Roni Blakli baş rollarda çəkilib. Conni Depp də bu filmlə aktyorluqda debüt etdi.

Təxminən 1,1 milyon dollara başa gələn film dünya səviyyəsində 57 milyon dollar qazanaraq böyük hit oldu.

Chosen
16
hafta.az

1Sources