EN

Türk məşhurların sevimli yeməkləri

Yazını böyüt
Yazını kiçilt

Sıx iş qrafiklərinə baxmayaraq, məşhur adlar sağlam və ləzzətli yeməklərə çox diqqət yetirirlər.

Hafta.az-ın yazdığına görə, bəzi məşhurlar evdə hazırlanan yeməklərə üstünlük verdiyi halda, bəziləri dünya mətbəxindən xüsusi ləzzətlər seçir. Məsələn, Ancelina Coli suşi həvəskarıdır, Bred Pitt isə italyan mətbəxinə marağı ilə tanınır. Bəs türkiyəli məşhurlar ən çox hansı yeməyi sevirlər?

Kıvanç Tatlıtuğ ən çox mantı və tarhana şorbasını sevir.

Murat Boz günün ən vacib yeməyi olan səhər qəlyanaltısını qızılgül mürəbbəsi olmadan yeyə bilmir.

Aslı Ənvər hər gün sufle yesə “yox” deməz.

Nəslihan Atagül ət yeməklərini xoşlamır, onunku kartofdur, hansı formada bişirilsə yeyəcək.

Kadir Doğulunun süfrəsində hər zaman mütləq tantuni olur.

Çağatay Ulusoy Türk mətbəxinin bənzərsiz dadı olan Karnıyarık şorbasını çox sevir.

Serenay Sarıkaya işkembə şorbasını sevir, bir də kokoreçsiz qala bilmir.

Kərəm Bürsinin əsas yeməyi İsgəndər kababıdır.

Kənan İmirzalıoğlunun ağz dadı sağlam qida olan zeytun yağında hazırlanan ənginardır.

Sinəm Kobal isə sadədir – kartofdan hazırlanan bütün yeməklərə vurğundur.

Tarkan makaronlu yeməkləri sevir.

Nurgül Yeşilçay isə türk mətbəxinin vazkeçilməzi olan lobyanı, yəni kuru fasulyeni çox sevir.

Chosen
9
hafta.az

1Sources