EN

Fazil Əliyevin parlament seçkilərində iştirakına icazə verilmədi

Fazil

Gürcüstan Naminə Siyasi Partiyasının sədri Fazil Əliyevin adı parlament seçkilərində namizədlər siyahısından çıxarılıb.

"Xalq Cəbhəsi" xəbər verir ki, bununla bağlı o, sosial səhifədində yazıb:

"Dostlar çox böyük əfsuslar olsun ki, siyahıların təsdiqinə bir gün qalmış Gürcüstan Seçki Komissiyasi qeyri-qanuni əsaslarla mənim 26 Oktyabr seçkilərində iştirakıma bilərəkdən icazə vermədi. Mənə bu haqda 2-3 gün əvvəl belə deyilsəydi onların dediyi guya qanun pozuntusunu düzəldə bilərdim. (halbuki sənədlərimizi 15 gün əvvəl təqdim etmişdik). Bunu yalnız Türk millətinin diskriminasiyası hesab etmək olar, çünki mənə yox dedikləri qanunla digər gürcülər seçkidə iştirak edir.

Gürcü Arzusu Siyasi Partiyasi çox gözəl bilir ki, o partiyada təmsil olunan türklərin reytinqi xalq içərisində 0-a bərabərdir, o üzdən yeni güclü bir yerli türkün seçki subyektinin seçkilərdə iştirakına icazə vermədilər. Ulu Tanrının köməkliyi ilə strategiya və taktikamızı dəyişərək daha yeni, müasir demokratik üsullarla mübarizə aparacayıq".

Cavid

Chosen
7
xalqcebhesi.az

1Sources