EN

BMT Təhlükəsizlik Şurasından baş katibə dəstək

Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası oktyabrın 3-də İsrailin persona non-qrata elan etdiyi Baş Katib Antonio Quterreşi tam dəstəklədiyini bildirib.

Herbiand.az xəbər verir ki, bu barəıdə Təhlükəsizlik Şurasının 15 üzvünün jurnalistlərə yaydığı bəyanatda deyilir.

“BMT Baş Katibi və ya təşkilatın özü ilə qarşılıqlı əlaqədən imtina ilə bağlı istənilən qərar, xüsusən də Yaxın Şərqdə artan gərginlik kontekstində yanlış addımdır”.

Sənəddə həmçinin bütün ölkələrin BMT Baş Assambleyasının sədri ilə məhsuldar və səmərəli əlaqələr qurması və onun işinə, eləcə də ofisinin işinə xələl gətirən hər hansı hərəkətlərdən çəkinməsinin vacibliyi vurğulanır.

Xatırladaq ki, oktyabrın 2-də İsrailin xarici işlər naziri İsrael Katz BMT-nin baş katibini persona non-qrata elan edərək, Quterreşin İranın oktyabrın 1-də İsrailə kütləvi raket hücumunu birmənalı şəkildə pisləmədiyini bildirib. Katz deyib: “İranın İsrailə qarşı iyrənc hücumunu birmənalı şəkildə pisləyə bilməyən istənilən adam İsrail torpağına ayaq basmağa layiq deyil”.

Chosen
20
herbiand.az

1Sources