EN

British Airways oktyabrın 26-dək İsrailə uçuşları ləğv edib

British Airways oktyabrın sonuna qədər İsrailə uçuşları ləğv edib.

Marja xəbər verir ki, bu barədə aviadaşıyıcının açıqlamasında deyilir.

“Biz Oktyabrın 26-na kimi Təl-Əvivə uçuşlarımızı ləğv etmək barədə operativ qərar qəbul etmişik”, - deyə aviaşirkətdən bildirilib.

Sentyabrın 23-dən İsrail Hərbi Hava Qüvvələri Livana hərbi əməliyyatın başlatmasından sonra bölgədə gərginliyin yeni yüksəliş mərhələsi baş verib. Bunun ardınca Təl-Əviv də daxil olmaqla İsrailin mərkəzi hissəsinə raket hücumları daha tez-tez baş verib və oktyabrın 1-də ölkə İran tərəfindən kütləvi raket hücumuna məruz qalıb.

Chosen
16
marja.az

1Sources