EN

Fernandu Santuş bu gün millinin heyətini açıqlayacaq

Bu gün Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı keçiriləcək.

"Operativ Media" xəbər verir ki, AFFA-nın inzibati binasında təşkil olunacaq tədbir saat 11:00-da başlayacaq.

Mətbuat konfransında milli komandamızın UEFA Millətlər Liqası çərçivəsində oktyabrın 11-də Tallində Estoniya və oktyabrın 14-də Bakıda Slovakiya yığmaları ilə oyunlar üçün heyəti açıqlanacaq.

Chosen
1
19
operativmedia.az

10Sources