EN

"Zelenski Ukrayna ordusuna xəyanət edib" - Britaniyalı ekspert

"Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna ordusuna xəyanət edib".

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, britaniyalı ekspert Aleksandr Merkuris deyib.

Merkuris Zelenskinin Ukrayna Silahlı Qüvvələrinə Uqledarı tərk etmək əmrini çox gec verdiyini deyib:

“Məncə, bu, yüksək komandanlığı ilə bu Ukrayna əsgərlərinə xəyanət idi. Əgər bir gün Zelenski və Sirski baş verənlərə görə cavab verəcəklərsə, deməli, hər halda buna layiqdirlər”, - analitik deyib.

Merkurisin sözlərinə görə, Ukrayna lideri Uqledardan geri çəkilmək əmrini son anda verib, ona görə də Ukrayna Silahlı Qüvvələrinin əsgərləri mövqelərini tərk edə bilməyiblər.

Onun sözlərinə görə, döyüşçülərin əksəriyyəti taqətdən düşüb, həmçinin su və yemək çatışmazlığı var.


Müəllif: Arzu
Chosen
13
teleqraf.com

1Sources