EN

"Hizbullah"ın öldürülən lideri Həsən Nəsrullahın banneri İranda yandırıldı

İranda insanlar İsrail tərəfindən öldürülmüş "Hizbullah" lideri Həsən Nəsrullahın fotoşəkli olan bannerləri "Ey İran" marşının sədaları altında yandırıblar.

Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

Xatırladaq ki, sentyabrın 28-də İsrail Hərbi Hava Qüvvələri "Hizbullah"ın Beyrutdakı mərkəzi hərbi qərargahına hücum edib. Endirilən zərbə zamanı hərəkatın baş katibi Həsən Nəsrullahın qərargahda olduğu və onun öldürüldüyü iddia edilir. Növbəti gün hərəkat onun öldürüldüyünü təsdiqləyib.

Mənbə: oxu.az

Chosen
2
2
oxu.az

3Sources