EN

Bayden Yaxın Şərqdə tammiqyaslı müharibənin önlənməsinin mümkünlüyünə inanır

Yaxın Şərqdə tammiqyaslı münaqişənin qarşısını almaq mümkündür.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden jurnalistlərlə söhbətində bildirib.

“Hesab etmirəm ki, tammiqyaslı müharibə başlayacaq. Düşünürəm ki, biz bunun qarşısını ala bilərik. Lakin bunun üçün hələ çox iş görmək lazımdır”, – Bayden söyləyib.

Bayden böyük münaqişənin qarşısının alınacağına nə qədər əmin olduğu barədə suala jurnalistin yağış yağmayacağına nə qədər əmin olduğu ilə bağlı əks sualla cavab verib.

Amerika lideri eyni zamanda ABŞ-nin İsrailə kömək üçün qoşun göndərib-göndərməyəcəyi ilə bağlı suala birbaşa cavab verməyib. “Biz artıq İsrailə kömək etmişik. Biz İsraili qoruyacağıq”, – o vurğulayıb.

Chosen
6
1
sam.az

2Sources