EN

Nə “Real”, nə də “Siti”...

“Goal” nəşri Çempionlar Liqası komandalarının Liqa mərhələsinin ilk iki turunda qeydə alınan nəticələrinə əsasən reytinq tərtib edib. 

“Qafqazinfo” xəbər verir ki, sıralama komandaların ÇL-də qalib gəlmək şansını əks etdirir. 

İlk iki turda “Atalanta” ilə heç-heçə (0:0) edib PSJ-yə isə (2:0) qalib gələn “Arsenal” reytinqdə birinci yeri tutub. 

İkinci yerdə avqustdakı sıralamada lider olan “Mançester Siti” qərarlaşıb. İlk “üçlüy”ü çərşənbə günü “Lill”ə uduzan “Real Madrid” tamamlayır. 

Bundan başqa ilk “10-luq”da “Liverpul”, “İnter”, “Bavariya”, “Bayer Leverkuzen”, “Yuventus”, “Barselona” və “Borussiya Dortmund” yer alıb.


Chosen
14
1
qafqazinfo.az

2Sources