EN

İsrail təyyarələri yenidən Beyruta hücum edib

İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr şiə Hizbullah təşkilatının yerləşdiyi və tərəfdarlarının yaşadığı güman edilən Livan paytaxtının kənarlarına yenidən hücum edib.

Publika.az xəbərverir ki, bu barədə TASS məlumat yayıb. Zərbələr Beyrutun cənubundakı Hay əl-Riml, Haret Horeik və El Leylaki məhəllələrinə endirilib. Bundan əlavə, Rafik Həriri Beynəlxalq Hava Limanına aparan magistral yolda yerləşən Burj əl-Barajna qaçqın düşərgəsi atəşə tutulub.

Bir müddət əvvəl İsrail ordusunun komandanlığı sakinlərə gözlənilən hava hücumları ilə bağlı xəbərdarlıq edib və onlardan bir neçə binanı tərk etməyi tələb edib. Lakin hadisə şahidləri bildiriblər ki, basqın insanlar yaşayış binalarından evakuasiya edilməzdən əvvəl başlayıb.

Chosen
79
1
publika.az

2Sources