EN

“Qarabağ”ın rəqibindən darmadağın - Avroliqada gecənin nəticələri

Avropa Liqasında Liqa mərhələsinin 2-ci turunun matçları keçirilib.

“Qafqazinfo” xəbər verir ki, “Qarabağ” Bakıda İsveç “Malmö”sünü qəbul edib. Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Təmsilçimizin Avropa Liqasındakı rəqibi “Lion” (Fransa) “Reyncers” (Şotlandiya) üzərində 1:4 hesablı qələbə qazanıb.

Türkiyə klublarından “Fənərbaxça” “Tvente” (Niderland) ilə, “Qalatasaray” RFŞ-lə (Latviya) heç-heçə edib. “Beşiktaş” isə “Ayntraxt”a uduzub.

UEFA Avropa Liqası
Liqa mərhələsi
II tur
3 oktyabr

“Latsio” (İtaliya) - “Nitsa” (Fransa) 4:1

“Olimpiakos” (Yunanıstan) - “Braqa” (Portuqaliya) 3:0

“Slaviya” (Çexiya) - “Ayaks”  (Niderland) 1:1

“Real Sosyedad” (İspaniya) - “Anderlext” (Belçika) 1:2

“Makkabi” (Təl-Əviv, İsrail) - “Midtyullann” (Danimarka) 0:2

“Ferentsvaroş” (Macarıstan) - “Tottenhem” (İngiltərə) 1:2

“Qarabağ” – “Malmö” (İsveç) 1:2

“Hoffenhaym" (Almaniya) - “Dinamo” (Kiyev, Ukrayna) 2:0

RFS (Latviya) - “Qalatasaray” (Türkiyə) 2:2

“Portu” (Portuqaliya) - “Mançester Yunayted” (İngiltərə) 3:3

“Reyncers” (Şotlandiya) - “Lion" (Fransa) 1:4

PAOK (Yunanıstan) - FCSB (Rumıniya) 0:1

“Viktoriya” (Çexiya) - “Ludoqorets” (Bolqarıstan) 0:0

“Yunion” (Belçika) - “Budyo Qlimt” (Norveç) 0:0

“Atletik” (İspaniya) - “AZ Alkmaar” (Niderland) 2:0

“Tvente” (Niderland) - “Fənərbağça” (Türkiyə) 1:1

“Beşiktaş” (Türkiyə) - “Ayntraxt” (Almaniya) 0:3

“Elfsborq” (İsveç) – “Roma” (İtaliya) 1:0

Qeyd edək ki, Liqa mərhələsində III tura oktyabrın 23-də start veriləcək.

Chosen
17
7
qafqazinfo.az

10Sources