EN

Bakının mərkəzində zəncirvari qəzaya düşən avtomobillər yolu bağladı: Tıxac yarandı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.
APA xəbər verir ki, hadisə Hənifə Ələsgərov və Ceyhun Hacıbəyli küçələrinin kəsişməsində qeydə alınıb.
Sürücü işıqforun tələbini pozaraq öz nəqliyyat vasitəsini kəsişmədən keçən "Ford", "Toyota" və KIA markalı avtomobillərə çırpıb.
Hadisə nəticəsində avtomobillər yararsız vəziyyətə düşüb. Qəzaya səbəb olan sürücü xəsarət alıb.
Yolda qəza səbəbindən tıxac yaranıb. Əraziyə cəlb olunan yol polisinin əməkdaşları avtomobillərin yoldan götürülməsini təmin ediblər.
Bundan sonra avtomobillərin normal hərəkəti bərpa edilib. Hadisənin səbəbləri araşdırılır.
Chosen
13
33
oxu.az

10Sources