Ukrayna üzərində Rusiya raketlərinin Qərb silahlı qüvvələri tərəfindən məhv edilməsi ABŞ-ni münaqişəyə cəlb edəcəkdi.
APA xəbər verir ki, bunu Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq brifinqdə deyib.
Vaşinqton hesab edir ki, Kiyev özü-özünü müdafiə edə bilir.
“Biz bundan sonra da Ukraynaya özünü müdafiə etməsi üçün lazım olan dəstəyi göstərməyə davam edəcəyik”, - Pentaqon rəsmisi vurğulayıb.