EN

Neymar vətəninə qayıdır?

PSJ macərasının ardından Səudiyyə Ərəbistanı nəhəngi ''Əl-Hilal''a transfer olunan, amma zədələr üzündən uzun müddətdi, yaşıl meydanlardan kənar qalan Neymar gələn mövsüm vətəni Braziliyaya qayıtmaq niyyətindədi.

Ulduz futbolçunun bir ara ''Barselona''ya qayıda biləcəyi haqda da xəbərlər peyda olmuşdu. Amma İspaniya mətbuatının iddiasına görə Neymar doğma klubu ''Santos''a qayıtmağa qərar verib. Onun vətəninə dönməsinin yaşıl meydanlardan kənarda da Braziliya futboluna faydasının deyəcəyi proqnozlaşdırılır. Neymarın qayıtması ilə Braziliya çempionatı canlana və beynəlxalq arenada daha çox diqqət cəlb edə bilər. 32 yaşlı futbolçu karyerası ərzində bir Çempionlar Liqası olmaqla 29 titul qazanıb. Ancaq Neymar son bir ildə müalicəsini sağaltmaqla məşğuldu və daha çox stolüstü oyunlardakı performansı ilə diqqət çəkir.

''Sambaçı'' son rəsmi oyununu ötən ilin oktyabrın 23-də keçirib. Yəni onun son oyununun üzərindən artıq 343 gün ötüb.

ƏLİ

Chosen
16
football-plus.az

1Sources