EN

"Qarabağ" "Malmö"yə uduzdu - YENİLƏNİB

Bu gün "Qarabağ" Avropa Liqasının Liqa mərhələsində növbəti görüşünü keçirib.

Sportal.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv "Malmö"ilə üz-üzə gəlib.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matç İsveç klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.

"Qarabağ" ilk turda "Tottenhem"ə (0:3), “Malmö” isə “Reyncers”ə (Şotlandiya) (0:2) məğlub olmuşdu.

Avropa Liqası

Liqa mərhələsi, II tur

3 oktyabr

20:45 "Qarabağ" – "Malmö" (İsveç) 1:2

Qol: Juninyo, 15 - Erik Botheym, 20, 47

Baş hakim: Anatasios Papapetru (Yunanıstan)

Tofiq Bəhramov adına Respublika stadionu

saytlarin hazirlanmasi

Chosen
8
4
sportal.az

10Sources