EN

ÇL-da həftənin ən yaxşı oyunçusu bilindi

Çempionlar Liqasında ümumi mərhələnin ikinci turunun oyunları keçirilib.

90deqiqe.Az xəbər verir ki, oyunların nəticələrinə görə, Dortmund "Borussiya"sının vingeri Kərim Adeyemi ən yaxşı oyunçu kimi tanınıb.

“Seltik”lə qarşılaşmada Adeyemi üç qol vurub və komanda yoldaşına bir məhsuldar ötürmə edib.

Xatırladaq ki, “Borussiya” öz meydanında “Seltik”i 7:1 hesabı ilə məğlub edib. Çempionlar Liqasında iki turdan sonra turnir cədvəlində birinci yeri tutan Dortmund komandasıdır. 10:1 (+9) top fərqi ilə arılar altı xal toplayıb. Çempionlar Liqasının növbəti turunda "Borussiya" səfərdə "Real"la qarşılaşacaq. Oyun oktyabrın 22-də baş tutacaq.

 

 

Chosen
22
90deqiqe.az

1Sources