EN

MEDİA-nın növbəti könüllülük proqramı yekunlaşıb – FOTO

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) növbəti könüllülük proqramı uğurla yekunlaşıb.

MEDİA-dan Doğru.az-a verilən məlumata görə, cari ilin mart-iyun aylarını əhatə edən proqram çərçivəsində könüllüləri Agentliyin müvafiq struktur bölmələrinin fəaliyyətində yaxından iştirak edib, onlara tapşırılan işləri uğurla yerinə yetirib, korporativ ünsiyyət vərdişləri və səmərəli təcrübə qazanıblar.

Proqram çərçivəsində könüllülər bir sıra fərdi və peşəkar inkişaf təlimlərində, yerli və beynəlxalq tədbirlərdə, müxtəlif sosial aksiyalar və layihələrdə təmsil olunub, eyni zamanda Agentliyin tədbirlərinin təşkilinə dəstək göstəriblər.

Könüllülük proqramının nəticələri ilə bağlı könüllülərlə görüşən Agentliyin icraçı direktoru Əhməd İsmayılov layihənin gənclər üçün əhəmiyyətli bir mərhələ olduğunu, onların liderlik və problemləri həlletmə qabiliyyətlərini inkişaf etdirdiyini, bu müddət ərzində qazandıqları təcrübənin könüllülərin şəxsi inkişaflarına müsbət təsir göstərdiyini və sosial məsuliyyət hissi formalaşdırdığını vurğulayıb.

Proqramı uğurla tamamlayan könüllülər sertifikatlarla təltif edilib.

DOĞRU.AZ

image-17279703243475953482_1200x630

Chosen
5
13
dogru.az

10Sources