EN

Dolablardakı nəmin qarşısını bu üsulla alın

Paltarlarımızı saxladığımız qarderoblar zamanla nəmə məruz qala bilər. Pis qoxulara, rütubətə və kiflərə səbəb ola biləcək nəmlik problemlərini aradan qaldırmaq üçün bəzi təbii üsullardan istifadə edə bilərsiniz.

News24.az xəbər verir ki, paltar dolablarında nəmin aradan qaldırılması üçün təmizlik təkliflərinə daxil edilən təbii üsullar aşağıdakılardır:

Rütubəti çəkən materiallardan istifadə edin: Dolablardakı nəmi aradan qaldırmaq üçün nəm çəkən təbii məhsullardan istifadə edə bilərsiniz. Bu baxımdan ən çox istifadə edilən məhsullardan biri sodadır. Sodanı şkafda açıq qutuya qoysanız, nəmi tutacaq. Dəniz duzu da eyni funksiyanı yerinə yetirir.

Dəfnə yarpağı qoyun: Dəfnə yarpaqlarını dolabların içərisinə qoymaq, nəmin və güvə kimi zərərli həşəratların əmələ gəlməsinin qarşısını alacaq. Şkafın künclərində 1-2 dəfnə yarpağı buraxmaq kifayətdir.

Qapaqlı qutulardan istifadə edin: Əşyaların dolablarda qapaqlı qutularda saxlanması çöldən gələn nəmin qarşısını alaraq paltarın içini təmiz və quru saxlamağa kömək edir. 

Havalandırmaya diqqət yetirin: İçəridəki havanı dəyişmək üçün şkafın qapılarının zaman-zaman açılması hava sirkulyasiyasını təmin edərək rütubət riskini azaldır. Dolabdakı havanın bu şəkildə tez-tez dəyişdirilməsi təmizliyi qorumağınıza kömək edəcək. Xüsusilə yağışlı və rütubətli günlərdə havanın dəyişdirilməsi nəmin əmələ gəlməsinin qarşısını alacaq.


Məryəm İlhamqızı

Chosen
22
news24.az

1Sources