EN

"Mançester Yunayted"dən Maquayr qərarı

"Mançester Yunayted" mövsümün sonunda klubla müqaviləsi başa çatan Harri Maquayrla bağlı qərar verib.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi ingiltərəli mərkəz müdafiəçisini komandada saxlamaq istəyir. Bu barədə yerli mətbuat məlumat yayıb.

Klub rəhbərliyi 31 yaşlı futbolçunun sözləşməsini 1 il müddətinə uzadacaq. Qarşıdakı günlərdə oyunçu ilə müqavilə barədə danışıqlar başlayacaq.

Qeyd edək ki, "Mançester Yunayted" Harri Maquayrı 2019-cu ilin avqust ayında "Lester Siti"dən transfer edib. İngiltərə millisinin üzvü bu mövsüm "qırmızı şeytanlar"ın heyətində 7 rəsmi matçda meydana çıxıb.

saytlarin hazirlanmasi

Chosen
17
sportal.az

1Sources