EN

Birinci Liqa:"Karvan" və "İmişli"dən darmadağın, "Zaqatala"dan səfər qələbəsi

Azərbaycan 1-ci liqasında 4-cü tur davam edir.

Fanat.Az xəbər verir ki, 2-ci oyun günündə 3 matç keçirilib. 

Əvvəlcə "Difai" "Karvan"la qarşılaşıb. Oyun meydan sahiblərinin 1:4 hesablı məğlubiyyəti ilə bitib.

"Mingəçevir" isə öz meydanında "Zaqatala"nı qəbul edib. Görüş Zaqatala təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Öz meydanında MOİK-i qəbul edən "İmişli" isə 3:0 hesablı qələbə qazanıb.

Tura sabah keçiriləcək 1 oyunla yekun vurulacaq.

3 oktyabr (cümə axşamı)

“Difai” “Karvan” 1:4 
Qollar: E.Qasımov, 17 (0:1), 61 (1:2), X.Məmmədli, 48 (1:1), R.Hüseynov, 81 (1:3), B.Teymurov, 83 (1:4)
Şamaxı OİK stadionu

“Mingəçevir”  "Zaqatala2:3 
Qollar: C.Cəbrayılov, 8 (0:1), 57 (0:3), Ə.Vaddu, 47 (0:2), T.Məmmədzadə, 66 (1:3), A.Nəsibov, 90 (2:3)
Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu

“İmişli” MOİK 3:0
Qollar: S.Fərəcov, 37, 43, B.Həziyev, 56
Saatlı OİK stadionu

Chosen
9
fanat.az

1Sources