EN

İpoteka kreditlərinin məbləğlərində  dəyişiklik edilərək maksimal səviyyəyə çatdırılıb

Ölkəmizdə eləcə də onun ayırlmaz tərkib hissəsi olan muxtar respublikada gənc ailələrin mənzilə olan tələbinin təmin olunması, rifahının yaxşılaşdırılması  məsələsi prioritet vəzifə kimi müəyyən edilib. Bu istiqamətdə ardıcıl tədbirlər görülür.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən “İki sahil”ə bildirilib ki, bu günlərdə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetində müşavirə keçirilib. Müşavirədə Naxçıvan İpoteka Fondu Açıq Səhmdar Cəmiyyətinə bir sıra tapşırıqlar verilərək gənc ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar adi ipoteka və güzəştli ipoteka kreditlərinin məbləğlərində dəyişklik edilməsi,məbləğlərin ölkə səviyyəsinə uyğunlaşdırılması müəyyən edilmişdir.

Məlumat üçün qeyd edək ki, bununla əlaqədar olaraq Naxçıvan İpoteka Fondu Açıq Səhmdar Cəmiyyəti artıq oktyabrın 1-dən etibarən Naxçıvan Muxtar Respublikasında əhalinin ipoteka kreditlərinə əlçatanlığının artırılması məqsədilə ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditinin maksimal məbləğini artıraraq 8%-li ipoteka krediti 150 min manata, 4%-li ipoteka krediti isə 100 min manata çatdırılmışdır.

Gənc ailələr İpoteka Fondunun müvəkkil bankları ilə əlaqə saxlayıb maksimal məbləğdə ipoteka kreditlərindən yararlana biləcəklər. Qeyd edək ki,kreditlərin ayrılması üçün Naxçıvan İpoteka Fondu Açıq Səhmdar Cəmiyyətinə tələb olunan qədər vəsait ayrılmışdır.

Chosen
4
4
ikisahil.az

5Sources