EN

Ukrayna ordusu Kursk Atom Elektrik Stansiyasına PUA hücumu edib - VİDEO

Ukrayna Silahlı Qüvvələri Kurçatov şəhərindəki Kursk Atom Elektrik Stansiyasına (AES) hücum edib.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya mətbuatında məlumatlar yayılıb.

Bildirilib ki, hava hücumundan müdafiə qüvvələri hücumu dəf edə biliblər. PUA stansiyadan 5 kilometr aralıya düşüb. Nəticədə ərazidə yanğın baş verib. 

Kursk vilayətinin qubernator səlahiyyətlərini icra edən Aleksey Smirnov bildirib ki, AES normal işləyir, radiasiya fonu normaldır: “PUA hücumu nəticəsində Kursk AES-ə heç bir aidiyyəti olmayan köməkçi tikilidə partlayışlar baş verib”, - deyə region rəhbəri qeyd edib.

Hadisə ilə bağlı Beynəlxalq Atom Enerjisi Agentliyinə (MAQATE) məlumat verilib.


Bizim.Media

Chosen
13
bizim.media

1Sources