EN

Rusiya və Azərbaycanın xüsusi xidmət orqanları bir diplomata qarşı təxribatın qarşısını alıblar

"Bu yaxınlarda Rusiya və Azərbaycanın xüsusi xidmət orqanları rusiyalı diplomata qarşı təxribatın qarşısını birgə alıblar".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Bakıda jurnalistlərə Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin bildirib. 

S.Narışkin əməliyyatın təfərrüatı barədə danışmsa da, amerikalılar tərəfindən rusiyalı diplomatlardan birinə qarşı təxribat xarakterli təhdidin qarşısının alındığını vurğulayıb. 

"Son vaxtlar biz xaricdə olan qurumlarımıza və ölkələrimizin vətəndaşlarına qarşı təxribat fəaliyyətinin genişlənməsini müşahidə və hiss edirik",-deyə Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri əlavə edib. 

Chosen
7
8
iqtisadiyyat.az

10Sources