EN

Moldovada təhlükəsizlik xidmətlərinin tələbi ilə Yandex, Zen və Rutube bloklanıb

Moldovada Rusiyanın “Yandeks”, “Zen” və “Rutube” xidmətləri Respublikanın İnformasiya Təhlükəsizliyi Xidmətinin (İSS) tələbi ilə bloklanıb.

 

Oxu24.com xəbər verir  ki, bu barədə RİA Novosti məlumat yayıb.

 

Öz növbəsində, "Pravda" nəşri qeyd edir ki, bir gün əvvəl Moldovada bir çox internet istifadəçiləri Rutube-ə daxil olmaqda problem yaşayırdılar. Problemlə bağlı bir sıra provayder şirkətlərin müştəriləri məlumat verib. Həmçinin insanlar Kinopoisk saytına daxil ola bilməyiblər.

“İnsanlar Rutube-nin birdəfəlik bağlanacağını və sayta yalnız VPN-dən istifadə etməklə daxil olmağın mümkün olacağı barədə dedi-qodular etməyə başladılar” resurs yazır.

Resursun bloklanması ilə bağlı məlumatı yerli provayder Orange Moldova da təsdiqləyib.

“Orange Moldova Moldova Respublikasının İnformasiya və Təhlükəsizlik Xidməti 2024-cü il 1 oktyabr tarixli E/10568 nömrəli müraciətə əsasən, istifadəçiləri üçün aşağıdakı saytlara girişi bloklayıb”, - TASS qeyd edir.

Bundan əlavə, RİA Novosti və moldova24.online və pwa.moldova24.online informasiya resursları saytları artıq Moldovada bloklanıb.

 

Nigar

 

Chosen
18
2
oxu24.com

3Sources