EN

Narışkin AÇIQLADI: Bakı ilə birgə təxribatın qarşısını aldıq

Bu yaxınlarda Rusiya və Azərbaycanın xüsusi xidmət orqanları birgə rusiyalı diplomata qarşı təxribatın qarşısını alıblar.

"Ölkə.az" xəbər verir ki, bu barədə Bakıda jurnalistlərə Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin məlumat verib.

“Deyə bilərəm ki, bu yaxınlarda amerikalılar tərəfindən bir rusiyalı diplomata qarşı təxribat təhlükəsinin qarşısı bizim xüsusi xidmət orqanlarının birgə səyi nəticəsində alınıb”, - deyə o bildirib.

Qeyd edək ki, S.Narışkin Bakıda səfərdədir.(axar.az)

Chosen
6
4
olke.az

10Sources