EN

“Klubuma pul qazandırmaq istəyirəm” - Zamiq Albaniyadan Portuqaliyaya köçür?

Bilindiyi kimi, bu yay ölkəni tərk edən futbolçulardan biri də Zamiq Əliyev oldu.

Albaniyanın “Eqnatiya” klubunda çıxış edən müdafiəçi ilə bağlı yeni xəbər var.Belə ki, Portuqaliyanın “Amadora” klubu 23 yaşlı müdafiəçini hədəfə alıb. Hətta portuqalların Albaniya klubuna sərfəli təkliflə çıxış edəcəyi gözlənilir. Lakin Əliyevin 2027-ci ilin iyununa qədər müqaviləsi var.

Görəsən, azərbaycanlı müdafiəçi Portuqaliya klubunun bu təklifinə necə yanaşır? Zamiqin “Football-plus.az”a söylədikləri:

“Düzü, bu haqda məlumatım yoxdu. Nə klubdan, nə də Portuqaliyadan mənə nəsə deyən olub. Təbii ki, dəvət almaq, xüsusən də böyük liqalardan təklif almaq çox xoşdu. Klubumla razılaşma olarsa, təbii ki daha böyük liqada oynamaq istəyirəm. Bu, əsas hədəflərimdən biridi. Bunu edərkən də klubuma pul qazandıraraq ayrılmaq istəyirəm. Bəli, yayda Portuqaliya yüksək liqasından təklif almışdım. Amma onlar məni azad agent kimi transfer etmək istəyirdi. Əlbəttə, bu da alınası deyildi. Ümumiyyətlə, bu məsələlərlə menecerim məşğul olur. Bütün diqqətim öz oyunumadı. Çox şükür, “Eqnatiya”da hər şey isdədiyim kimi gedir, işlərim yolundadı.Komandaya tam uyğunllaşa bilmişəm. Performansımı yüksəldib komandama fayadalı olmağı düşünürəm. Ümid edirəm ki, hədəflərimə bir-bir çataram”.


RÖYANƏ OĞUZ

1Sources