EN

Ağcabədidə şok olay: Çobanın qulağını qopardılar

Ağcabədi rayonunda 2003-cü il təvəllüdlü Qismət şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Bəhruza xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, Qismət 14 sentyabr 2022-ci ildə, saat 19 radələrində Ağcabədi rayonu Taxtakörpü ərazisi, Laçın obaları yaşayış massivinin Ağcakənd obasında yerləşən otlaq sahədən çobanlıq etdiyi həmkəndlisinə məxsus heyvanları yaşadığı obaya apararkən, yol üzərində yerləşən kiçik körpünün yaxınlığında öz heyvanlarını saymaqla məşğul olan Bəhruzla rastlaşıb. 

Qismət heyvanların bir-birinə qarışmaması üçün müxtəlif səslər çıxardaraq heyvanlarını kənarda dayandırmaqla bağlı etdiyi hərəkətlər Bəhruzun heyvanlarını ürkütdüyündən və onun heyvan saymasına mane olduğundan bu barədə öz iradlarını bildirib. Buna görə də onların arasında mübahisə yaranıb. 

Daha sonra isə yollarına davam edərək heyvanlarını Bəhruzun evinin yanından keçirərkən onunla şəxsla təkrarən rastlaşarkən həmin mübahisə ilə əlaqədar sonuncudan qisasını almaq məqsədi ilə evin qarşısında yenidən mübahisə edərək dalaşıb. 

Bu zaman Qismət Bəhruzun yaxasından dartıb və yerə yıxaraq qarşılıqlı yaxalaşıblar. Bəhruzun özünü müdafiə etmək məqsədi ilə əllərindən tutaraq özünə sıxdığından hər hansı formada zərbə vura bilmədiyini görüb. Qismət Bəhruzun sağ qulağını qəsdən dişləyərək hissəvi qoparıb. 

Hadisəni törədən Qismətin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Qismət ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Bəhruz ilə aralarında qohumluq və düşmənçilik münasibəti olmayıb: Bəhruz əmisi heyvanlara çobanlıq edib. Heyvanları aparıb-gətirən zaman Bəhruzla tez-tez rastlaşam. Sentyabrın 14-də, təxminən saat 19 radələrində Bəhruzla birlikdə ona məxsus heyvanları otlaq sahəsindən tövləyə gətirən zaman yol üstündə yerləşən körpünün yaxınlığında onlarla qarşılaşmışam. Bəhruz körpünün üzərindən heyvanlarını keçirə-keçirə saymaqla məşğul olub. Heyvanlar qarışmaması üçün ilk öncə Saleh, daha sonra isə özüm bir neçə dəfə fit çalaraq heyvanları haraylamışıq. Bu hərəkəti bir neçə dəfə təkrarladığını, həmin vaxt Bəhruz mənim bu cür səs çıxarmağmın heyvanları saymasına mane olduğunu əsəbi halda bildirərək sakit durmağmızı tələb edib. Bununla bağlı Bəhruz bir-birimizə qarşılıqlı şəkildə öz iradlarımızı bildirsək də, aramızda heç bir dava-dalaş baş verməyib”.

Təqsirləndirilən şəxs qeyd edib ki, ilk öncə Bəhruz, sonra isə özləri heyvanları obaya tərəf aparıblar: “Bəhruza məxsus evin qarşısından keçərkən onunla təkrar qarşılaşdıq. Bu zaman Bəhruz yenidən irad bildirdi. Bununla əlaqədar aramızda təkrarən mübahisə yarandı. Bir-birimizə qarşısılıqlı söyüş söydük. Bəhruz mənə qarşı etdiyi söyüşlərə görə əsəbiləşdim. Bəhruz ilə dalaşdım, dalaşarkən yerə yıxıldıq. Bu zamanBəhruz üstümə çıxdı. Bəhruz məni vura bilməməsi üçün əllərim ilə qucaqlayıb və möhkəm şəkildə özümə sıxaraq saxladım. Bəhruz əlverişli mövqedə oldum. Əllərim ilə vura bilməyərək əsəblərimi cilovlaya bilmədim. Məcburən Bəhruzun qulağını qəsdən möhkəm şəkildə dişləyərək hissəvi qopardaraq yerə tüpürdüm. Səs-küyə Bəhruzun arvadı Lətafət ora gəldi. Saleh, İsmayıl və Lətafət bizi aralaşdırdı. Salehin sözü ilə oradan getdim”. 

İş üzrə zərərçəkmiş qismində ifadə verən Bəhruzun sözlərinə görə, əvvəllər təqsirləndirilən Qismətlə aralarında heç vaxt mübahisə olmayıb, Qismət əmisi Salehin heyvanlarına çobanlıq edib: “Sentyabrın 14-də, saat 19 radələrində heyvanları otlaq sahədən geri qaytararkən özümə və İsmayıla məxsus ümumilikdə 400 baş heyvanı körpüdən keçirən zaman saymağa başladıq. Sonra Saleh və Qismət də öz heyvanlarını həmin əraziyə gətirdilər. Saleh və Qismət səs-küy salaraq heyvanları qaçırdılar. Qismətə etdiyi hərəkətlərin heyvanı saymama mane olduğunu dedim. Qismət və Saleh heç bir cavab vermədilər. Yenidən Saleh ilə Qismət heyvanları saymağıma mane oldular. Qismətə öz iradımı əsəbi halda yenidən bildirdim. Həmin vaxt Qismət qəfil üzərimə hücum etdi. Bu vaxt arxası üstə yerə yıxıldım. Qismət isə üstümə oturaraq boynumu qucaqladı və özünə tərəf sıxdı. Buna görə Qisməti özümdən aralamaq məqsədi ilə sonun çənəsindən geriyə itələməyə çalışdım. Elə bu anda qulağımdan möhkəm ağrı hiss etdim. Qışqıraraq Qismətə məni buraxmasını dedim. Lakin Qismət məni buraxmayaraq sağ qulağımı sonacan dişləyərək hissəvi qopardı. Qismət ayağa duraraq məndən təxminən 1 metr aralandı, qopardığı tikəni yerə tüpürdü. Mənim ünvanıma nalayiq ifadələr işlətdi. Sonra isə Salehin sözü ilə Qismət oradan getdi. Qoparılmış qulaq tikəsinin cərrahi yolla yerinə tikilməsi üçün ailə üzvlərim yerdəki qulaq tikəsini götürərək məni xəstəxanaya apardılar. Dörd dəfə cərrahiyə əməliyyatı edilməmə baxmayaraq qulağımın tamlığını bərpa etmək mümkün olmayıb”.

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Qismət 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 

Hökmdən narazı qalan təqsirləndirilən şəxs və onun müdafiəçisi apellyasiya şikayəti veriblər. Şikayətdə təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona həmin məcəllənin 126.1-ci maddəsi ilə müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi xahiş edilib.

Bu şikayət araşdırılması üçün Şirvan Apelkyasiya Məhkəməsinə təqdim olunub. Apellyasiya şikayətinin dəlillərini araşdıran hakimlər heyəti sonda qərar elan ediblər. Qərara görə, apellyasiya şikayəti təmin edilməyib. 

Fariz Məlikli
Demokrat.az
Chosen
26
demokrat.az

1Sources