EN

Almaniya və Avstriya səfirləri İran XİN-ə çağırılıb

Almaniya və Avstriya hökumətlərinin Tehranı İsrailə raket hücumuna görə qınamasından sonra bu ölkələrin səfirləri İran Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə Qərb mətbuatı məlumat yayıb.

“Bu addım çərşənbə axşamı İranın İsrailə hücumu ilə əlaqədar Almaniya və Avstriyanın İran səfirlərini çağırmasına cavab olaraq atılıb”, – məlumatda bildirilib.

Bu arada İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi “G7”nin İranın İsrailə hücumunu pisləməsinin qərəzli və məsuliyyətsiz olduğunu vurğulayıb.

Chosen
7
9
nocomment.az

10Sources