EN

Bu şəxslərə ödənilən birdəfəlik müavinətin məbləği artırılır

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ilk dəfə işə düzələn zaman onlara ödənilən birdəfəlik müavinətin məbləği artırılır.

Demedia.az xəbər verir ki, bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Valideynlərini itirmiş və valideyn himayasindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanuna təklif olunan dəyişiklik layihəsində əksini tapıb.

Chosen
10
39
demedia.az

10Sources