EN

Bu yolda diqqətli olun

Oktyabrın 4-ü saat 06:00-dan başlayaraq Şamaxı istiqamətində avtonəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə zolaqlar üzrə qismən məhdudlaşdırılacaq. 

Demokrat.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, bu, M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 11-ci kilometrindən (“Ekologiya postu” adlanan ərazidən) M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 23-cü kilometrinə qədər aparılan təmir-bərpa işləri ilə əlaqədardır.

Chosen
6
9
demokrat.az

10Sources