EN

YAP 5 oktyabr Beynalxalq Müəllimlər Günü münasibətilə bayram tədbiri keçirib - YENİLƏNİB - FOTOLAR

Bu gün, 3 oktyabr tarixində Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı 5 oktyabr Beynalxalq Müəllimlər Günü münasibətilə bayram tədbiri keçirib. SİA xəbər verir ki, tədbir Ulu Öndər Heydər Əliyevin və Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başladı. Tədbirdə YAP Səbail rayon təşkilatının sədri cənab Muxtar Nağıyev, Azərbaycan Milli Məclisinin üzvü Aydın Mirzəzadə, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 91-lərin nümayəndəsi Novruz Quliyev, 6-saylı Məktəbin müdiri Gülşən xanım Orucova və müəllim heyəti iştirak edib.

Tədbiri giriş nitqi ilə başlayan YAP Səbail rayon təşkilatının sədri cənab Muxtar Nağıyev bildirib ki, bu tədbir çox əlamətdar günə həsr olunub: "Bilirsiniz ki, 5 oktyabr 1966-cı ildə beynəlxalq Əmək Təşkilatı, YUNESKO-nun birgə təşkilatçılığı ilə çağırılmış beynəlxalq konfransda müəllimlərin statusunun artırılması məqsədilə sənəd imzalandı. 1994-cü ildə YUNESKO-nun təqdimatı ilə həmin tarix beynəlxalq Müəllimlər Günü kimi təsis olundu. Bu, müəllimlərin cəmiyyətin inkişafında, maariflənməsində əhəmiyyətli rolunu qeyd edib müəllim peşəsinə diqqəti yönəltmək məqsədi daşıyırdı. Təbii ki, bu tarix çox əlamətdar idi. Dünyada 300-dən çox ölkə bu günü qeyd edir. Deməli, dünya müəllim peşəsinə, böyük əməyə qiymət verir.

Azərbaycanda müəllim peşəsinə daima diqqət göstərilib. Sovetlər Birliyi dövründə, 1965-ci ildə SSRİ Ali Sovetinin qəbul etdiyi qərarlardan sonra Azərbaycanda Müəllim Günü qeyd olunmağa başladı. Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu bütün dövrlərdə müəllim sənətinə çox böyük qayğı və diqqət göstərildi. Onun rəhbərlik etdiyi dövrdə ölkəmizdə demək olar ki, bütün Respublikada məktəblər tikildi, universitetlər açıldı, təhsilə verilən dəyər ən yüksək səviyyəyə qalxdı. Onun rəhbərliyi dövründə Azərbaycanda təhsil çox yüksək səviyyəyə qalxdı.

Həyatda qazandığımız nailiyyətlərə görə məktəbə, müəllimə borcluyuq. Hər birimizdə müəllimin hərarətli qəlbinin zərrəciyi var. "Mən dünyada müəllimdən şərəfli peşə tanımıram". Müəllimlər haqqında deyilən fikirlər həqiqətən də, çox əhəmiyyət kəsb edir. Müəllimlik böyük fədakarlıq tələb edir. Müəllim peşəsini seçən şəxs fədakardır. Bu peşə o incədir ki, əsl müəllim olmaq istəyən şəxs fədakar, dözümlü, uzaqgörən, qayğıkeş və müdrik olmalıdır. Bu cür müəllimlərimiz Azərbaycanda çoxdur.
Hal-hazırda dünyanın hərbi ekspertləri Azərbaycanın 44 günlük Vətən müharibəsindən danışır. Azərbaycan əsgəri, ordusundan bir nəfər də olsun fərari olmadı. Bu, Azərbaycan müəllimlərinin yetişdirdiyi gənclikdir".

Daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 91-lərin nümayəndəsi Novruz Quliyev çıxış edib: "Ulu Öndərimiz həmişə müəllimləri yüksək qiymətləndirib. Onun çox məşhur kəlamları var. Müəllimlik şərəfli peşədir, müəllimlər cəmiyyətimizin ən müqəddəs üzvüdür. Müəllim gənclərlə işləyib onları həyata hazırlayır. Müəllim peşəsi də çox məsuliyyətli işdir. Son 30 ildə ən böyük qələbə torpaqlarımızın azad olunması idi. Cənab Prezident də qeyd etmişdi ki, burada gənclərin böyük rolu olmuşdur. Ona görə də müəllimlər torpaqlarımızın azadlığı uğrunda çıxış edən gəncləri hazırlamaqda böyük rolunuz var. Birinci sinifdən onuncu sinfə qəbul, universitetdəki bütün müəllimlərimi xatırlayıram".

6-saylı Məktəbin müdiri Gülşən xanım Orucova bir daha dünyaya gəlsə, yenə müəllim olmaq istədiyini deyib: "Müəllim təkcə öz fənninin ustası deyil, o, şəxsiyyət yetişdirir".

Tədbir müəllim haqqında müsiqilərin səsləndirilməsi ilə yekunlaşıb.

Müəllif: Söylü Ağazadə
Chosen
18
sia.az

1Sources