EN

Əhsən Dadaşovun 100 illiyi ilə bağlı müsabiqə keçirilir

Azərbaycan SSR-in Əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı Əhsən Dadaşovun 100 illik yubileyinə həsr olunmuş müsabiqə elan edilib. 

“Qafqazinfo” xəbər verir ki, müsabiqə Azərbaycan Mətbuat Şurası, “ƏHSƏN” Yaradıcılıq Təşəbbüsləri Mərkəzi və Xəzər Media Mərkəzi tərəfindən media subyektlərinin təmsilçiləri arasında keçirilir.

Müsabiqəyə mahir tarzən Əhsən Dadaşovun yaradıcılığı ilə bağlı yazılar qəbul edilir.

I. Müsabiqə üzrə istiqamətləndirici mövzular

Müsabiqə üzrə istiqamətləndirici mövzular aşağıdakılardır:

• Əhsən Dadaşovun mahir tarzən kimi sənətkarlığı;

• Əhsən Dadaşovun rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblının musiqi mədəniyyəti tariximizdəki rolu;

• Əhsən Dadaşov ifaçılığının ən qiymətli cəhətləri;

• Əhsən Dadaşov yaradıcılığı XX əsr musiqi mədəniyyəti tariximizin ən parlaq səhifələrindən biri kimi;

• Əhsən Dadaşov mahir ifaçı, ansambl rəhbəri, istedadlı müşayiətçi, bəstəkar və pedaqoq kimi;

• Əhsən Dadaşovun milli musiqimizin təbliğində xidmətləri;

• Onun ifası ilk mizrabından tanınırdı;

• Bəstəkar qəlbli Əhsən Dadaşovun bəstələdiyi rəng, mahnı və rəqs havaları.

Qeyd 1. İstiqamətləndirici mövzuların hər biriniə ayrılıqda da, bir yazı daxilində də yanaşılması mümkündür.

II. Mükafatlandırma

I yer - 1 nəfər - 1000 manat

II yer - 2 nəfər - 800 manat

III yer - 3 nəfər - 500 manat

Həvəsləndirici mükafat - 5 nəfər (hər biri) - 300 manat

III. Müsabiqə üzrə qiymətləndirmə

Müsabiqəyə təqdim olunmuş yazılarda üstünlük veriləcək:

• Mövzunu dolğun əhatə etmə səviyyəsi;

• Faktların düzgün təqdimatı, onlardan istifadə xüsusiyyətləri və araşdırmanın keyfiyyəti;

• İfadə vasitələrinin zənginliyi, bədii-publisistik məzmun;

• Oxucu üçün informasiyalılıq dərəcəsinə.

IV. Müsabiqə yazıları üçün şərtlər

Müsabiqəyə 3 oktyabr 2024-cü il tarixindən 1 noyabr 2024-cü il tarixinədək qəzet, jurnal və informasiya agentliklərində, xəbər saytlarında yayımlanacaq yazılar buraxılacaq.

Müsabiqə üçün dil və janr məhdudiyyəti nəzərdə tutulmur. Yazılar 9-11 min işarədən (1A3 formatlı qəzet vərəqindən) çox olmamalıdır.

Qeyd 2: Müsabiqə yazısında “Azərbaycan Mətbuat Şurasının, “ƏHSƏN” Yaradıcılıq Təşəbbüsləri Mərkəzinin və Xəzər Media Mərkəzinin Əməkdar artist Əhsən Dadaşovun yaradıcılığı ilə bağlı birgə yazı müsabiqəsinə təqdim olunur” qeydi yer almalıdır.

Qeyd 3: Yazı müəllifi konkret kütləvi informasiya vasitəsində çalışmalıdır. Müsabiqə üçün təqdim ediləcək material müəllifin çalışdığı media vasitəsində yayımlanmalıdır.

V. Müsabiqə yazılarının təqdimatı

Müsabiqə üçün yazı təqdimatı 2 yolla aparılır – şəxsən və elektron qaydada.

1. Yazılar şəxsən təqdim edilərkən, təqdimat zərfində yer almalıdır:

• Müəllifin şəxsiyyət vəsiqəsinin surəti;

• Müəllifin konkret media subyektində çalışdığını təsdiqləyən sənədin surəti (iş vəsiqəsi və ya əmək müqaviləsinin elektron bildiriş sistemindən çıxarış);

• Müəllifin bank hesabının rekvizitləri;

• Müəllifin əlaqə vasitələri – ev və iş telefonu, mobil telefonu;

• Müsabiqə yazısının dərc olunduğu qəzet və jurnalın 1 nüsxəsi, multimedia materialının diski;

• Müsabiqə yazısının yazılı formada A4 formatlı kağız vərəqində 3 nüsxəsi (nüsxələrdə müəllifinin adı göstərilməməlidir);

• Elektron daşıyıcıda müsabiqə yazısının elektron forması (Times New Roman şriftində, müəllifin adı qeyd olunmamaqla);

• Müsabiqə yazısı elektron media resursunda yayımlanıbsa, elektron daşıyıcıda yazının linki göstərilməlidir.

2. Yazılar və multimedia materialları elektron qaydada təqdim edilərkən aşağıdakılar nəzərə alınmalıdır. Təqdimat göndərişində yer almalıdır:

• Müsabiqə yazısı ("Word" faylında, imzasız);

• Müsabiqə yazısının yayımlandığı qəzetin, jurnalın nüsxəsi (PDF, JPG, yaxud "Word" faylında);

• Yazı elektron media resursunda yayımlanıbsa, bunu təsdiqləyən link və sair vasitələr;

• Yazı müəllifinin şəxsiyyət vəsiqəsi, iş vəsiqəsi və ya müəllifin media subyektində çalışdığını təsdiqləyən sənəd (PDF, JPG, yaxud "Word" faylında);

• Yazı müəllifinin əlaqə vasitələri (PDF, JPG, yaxud "Word" faylında);

• Yazı müəllifinin bank hesabının rekvizitləri (PDF, JPG, yaxud "Word" faylında).

Müsabiqə üçün materiallar həm şəxsən, həm də elektron poçt vasitəsilə 3 oktyabr 2024-cü il tarixdən 1 noyabr 2024-cü il tarixinə saat 17.00-dək qəbul ediləcək.

Şəxsən qəbul həmin tarixlərdə həftənin iş günləri saat 11.00-dan 17.00-dək Bakı şəhəri, Məmməd Araz 4 ünvanında (əvvəlki Teymur Əliyev 38 ünvanı) - Azərbaycan Mətbuat Şurasında həyata keçiriləcək.

Elektron qaydada təqdimat zamanı sadalanan sənədlər və müsabiqə yazısı [email protected] elektron ünvanına göndərilməlidir.

Qeyd 4: Təqdimat prosesində müsabiqə şərtlərinin hər hansı birinin yerinə yetirilməməsi qaydaların pozulması kimi qiymətləndiriləcək və yazı qəbul edilməyəcək.

Əlaqə: (+994 12) 441 35 96

Mobil/Whatsapp: (+994 50) 242 09 91.

Chosen
5
3
qafqazinfo.az

5Sources