EN

SEPAH-ın hərbi müşaviri ÖLDÜRÜLDÜ

SEPAH-ın hərbi müşaviri İsrailin Dəməşqə son zərbəsi nəticəsində aldığı xəsarətlərdən ölüb.

İnterpress.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Bildirilir ki, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi müşaviri Məcid Divani İsrailin Dəməşqə son zərbəsi nəticəsində aldığı xəsarətlərdən ölüb.

Məcid Divani İslam İnqilabı Keşikçiləri Korpusunun ikonik simalarından biri adlandırılırdı.

Xatırladaq ki, oktyabrın 1-nə keçən gecə İsrailin hücumundan sonra yüksək rütbəli hərbçi ağır yaralanıb.

Daha sonra 3 nəfərin öldüyü, 9 nəfərin yaralandığı bildirilib. Ölənlər arasında suriyalı jurnalist Səfaa Əhməd də var.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
16
interpress.az

1Sources