EN

UNEC-də beynəlxalq konfrans öz işinə başlayıb - “Yaşıl iqtisadiyyat: Elm, təhsil, texnologiya və innovasiya” mövzusunda

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Rusiyanın Sankt-Peterburq Dövlət İqtisad Universiteti ilə birgə COP 29-a həsr olunan “Yaşıl iqtisadiyyat: Elm, təhsil, texnologiya və innovasiya” mövzusunda beynəlxalq elmi-praktiki konfrans öz işinə başlayıb.

“Yaşıl dünya naminə həmrəylik ili” və “Yaşıl UNEC” ili çərçivəsində təşkil olunan konfransdan öncə iştirakçılar UNEC Dizayn Məktəbinin tələbələrinin ekologiyaya həsr etdikləri rəsm sərgisi, eləcə də ekoloji təmiz parçalardan hazırlanmış geyim nümunələri ilə tanış olublar. “Qida mühəndisliyi" ixtisasının tələbələrinin UNEC-in Qida təhlükəsizliyi laboratoriyasında hazırladıqları ekoloji təmiz qidaları dequstasiya ediblər və yaşıl iqtisadiyyatla bağlı kitab sərgisini izləyiblər.

Chosen
31
azpolitika.info

1Sources