EN

Neft qiymətləri ilə bağlı qeyri-müəyyənlik: Hərbi-siyasi gərginlik olduqca...

Yaxın Şərqdə müharibə vəziyyəti davam edir. İsrail HƏMAS-a qarşı savaşını davam etdirməklə yanaşı, Livandakı “Hizbullah” silahlı qruplaşmasının də hədəflərinə zərbə endirməkdədir. Oktyabrın 1-də İran İsrailə kütləvi raket hücumu həyata keçirib.

Yaxın Şərqdə yaşananlar neftin qiymətinə hansı yöndə təsir edə bilər?

Bununla bağlı Publika.az-a neft sahəsi üzrə ekspert, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban açıqlama verib.

O bildirib ki, münaqişə şiddətliyi anda neftin qiymətinə ciddi təsir etdi:

“Həmin günü, yəni 1 oktyabr günorta saatlarına qədər neftin bir barelinin qiyməti 70 dollardan aşağı idi. Günorta saatlarından sonra neftin qiyməti 72-73 dollara qədər artdı. Məlum oldu ki, İran İsrailə kütləvi raket hücumu həyata keçirib, o zaman neftin qiyməti 75 dolları ötdü. Hadisənin səhəri günü qiymət artıq 77 dollara qədər yüksəldi”.

Chosen
14
publika.az

1Sources