EN

Avropa Liqası: Türkiyə klubları növbəti oyunlarına ÇIXACAQLAR

Bu gün Avropa Liqasında Liqa mərhələsinin II turunun oyunları keçiriləcək.

Bizim.Media xəbər verir ki, eyni gündə baş tutacaq turda 18 matç təşkil olunacaq.

Azərbaycan çempionu “Qarabağ” evdə “Malmö”nü sınağa çəkəcək. Türkiyə təmsilçilərindən “Qalatasaray” Latviyada RFS-in, “Fənərbaxça” Niderlandda “Tvente”nin qonağı olacaq.

“Beşiktaş” isə öz meydanında “Ayntraxt”la qarşılaşacaq. Qeyd edək ki, III turun görüşləri oktyabrın 23-24-də keçiriləcək.

Avropa Liqası

Liqa mərhələsi

II tur, 3 oktyabr

20:45. RFS – “Qalatasaray”

20:45. “Ferentsvaroş” – “Tottenhem” 20:45. “Makkabi” TƏ – “Midtulland”

20:45. “Olimpiakos” – “Braqa”

20:45. “Qarabağ” – “Malmö”

20:45. “Real Sosyedad” – “Anderlext”

20:45. “Latsio” – “Nitsa”

20:45. “Slaviya” – “Ayaks”

20:45. “Hoffenhaym” – “Dinamo” K

23:00. “Atletik” – “Alkmaar”

23:00. “Beşiktaş” – “Ayntraxt”

23:00. “Porto” – “Mançester Yunayted”

23:00. “Tvente” – “Fənərbaxça”

23:00. “Viktoriya” – “Lüdoqorets”

23:00. “Elfsborq” – “Roma”

23:00. PAOK - FCSB

23:00. “Union Sent Jiloaz” – “Bodo Qlimt”

23:00. “Reyncers” – “Lion”.

Bizim.Media

Chosen
13
15
bizim.media

10Sources