EN

Rusiya səfiri həmvətənlərinə: İsraili təcili tərk edin!

Rusiyanın Təl-Əvivdəki səfiri Anatoli Viktorov Rusiya vətəndaşlarına İsrail ərazisini tərk etməyi tövsiyə edib.

Yenisabah.az TASS-a istinadla xəbər verir ki, diplomat regionda vəziyyətin son dərəcə gərgin olduğunu vurğulayıb.

O xatırladıb ki, İsrailin “El Al” şirkətinin təyyarələri də daxil olmaqla, müntəzəm reyslər hələ də fəaliyyət göstərir. vakansiya

“İsrailə gəlməzdən əvvəl bunun nə dərəcədə əsaslı olduğu, və həyatınızı və sağlamlığınızı riskə atmağa dəyərmi barədə çox düşünməlisiniz”, - deyə səfir əlavə edib.

Viktorov xatırladıb ki, ötən ilin oktyabr ayından etibarən Xarici İşlər Nazirliyi və Rusiya Federasiyasının səfirliyi rusiyalılara, mümkünsə, İsrailə səfərlərdən çəkinməyi tövsiyə edib.


Telegram kanalımız
Chosen
15
yenisabah.az

1Sources