EN

Məşhur mügənni Bakıda qayıtdıqda sonra qızı qaçırılıb

Məşhur rusiyalı müğənni Lyubov Uspenskayanın qızı Tatyana Plaksina itkin düşüb. İfaçı bunu Bakıdan qastrol səfərindən qayıtdıqdan sonra xəbər tutub – evdə qızının yalnız mobil telefonu tapılıb. O, 34 yaşlı qızının qaçırıldığını düşünür.

XALQ.AZ xəbər verir ki, bu barədə ifaçı sosial hesabında bildirib.

Hüquq müdafiəçisinin sözlərinə görə, Tatyanaya narkotik verilib və Rusiyadan kənara çıxarılıb. Bundan əlavə, vəkil iddia edir ki, qızı anasının nüfuzuna və inanclarına xələl gətirən müsahibə verməyə məcbur ediblər.

“Bizim məlumata görə, Tanyuşa Rusiya Federasiyası ərazisində deyil. Qızın narkotikdən asılılığını nəzərə alsaq, onun hansı xarici dövlətin xüsusi xidmət orqanları tərəfindən cəlb edildiyi məlumdur”, – deyə Senina bildirib.

Vəkil vurğulayıb ki, qızı vasitəsilə məşhur müğənniyə təzyiq göstərməyə çalışırlar, lakin bu, Uspenskayanı vətəndaş mövqeyini dəyişməyə məcbur etməyəcək.

Korrupsiyaya qarşı mübarizə üzrə federal layihənin rəhbəri Vitali Borodin artıq Tatyana Plaksinanın yoxa çıxması ilə bağlı güc strukturlarına müraciət edib. Lyubov Uspenskayanın özü hələlik şərh verməkdən çəkinir.

Qeyd edək ki, Tatyana Plaksina əvvəllər narkotik aludəçisi olub, lakin vəkilin sözlərinə görə, hazırda o, zərərli vərdişini tərgidib.

Chosen
10
xalq.az

1Sources