EN

Hərəkət iştirakçıları bu yolda diqqətli olsunlar - AAYDA

Fins.az xəbər verir ki, M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 11-ci kilometrindən (“Ekologiya postu” adlanan ərazidən) M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 23-cü kilometrinə qədər aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq 4 oktyabr saat 06:00-dan başlayaraq Şamaxı istiqamətində avtonəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə işlərin aparıldığı zolaqlar üzrə qismən məhdudlaşdırılacaqdır. (YOL BAĞLANMIR)

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, ərazidə qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.
 

Zemfira Ms
Fins.az

 

Chosen
4
34
fins.az

10Sources