EN

Məşhur kardioloqBaku Medikal Plazadanayrıldı


Azərbaycanın tanınmış kardioloquÜzeyir Rəhimovuzun illərdir çalışdığı və kardiologiya şöbəsinin rəhbəri olduğu Baku Medikal Plaza klinikasındakı vəzifəsindən ayrılıb.


“Medicina” xəbər verir ki, həkim bu barədə məlumat verib.


Belə ki, o, oktyabrın 1-dən o, BMP-nın Mərkəz filialından ayrılaraq, başqa klinikaya gedib.


Kardioloq daha çox akademik elmi fəaliyyətinə üstünlük verəcəyini də deyib.

“11 ildir çalışdığım, Kardiologiyasını qurduğum Baku Medical Plaza xəstəxanasından ayrıldım.

Çox gözəl işlər bacardıq, demək olar ki, kardiologiya ilə əlaqədar hər şeyi həyata keçirtdik..

Bundan sonra akademik fəaliyyətimə ağırlıq vermək qərarına gəlmişəm”.

Aygün M




Chosen
25
medicina.az

1Sources