EN

Macarıstanlı hərbçilər XTQ-nin hərbi hissəsində olublar – VİDEO

Azərbaycan və Macarıstan Müdafiə nazirlikləri arasında imzalanan 2024-cü il üçün ikitərəfli əməkdaşlıq planına əsasən, Macarıstan Respublikasının Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycana səfər edib.

Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən “Poliqon”a verilən məlumata görə, səfər çərçivəsində qonaqlar əvvəlcə Xüsusi Təyinatlı Qüvvələrin “N” hərbi hissəsində olublar.

Hərbi hissənin qərargahında qonaqlara xüsusi təyinatlıların döyüş təcrübəsini əks etdirən brifinq təqdim olunub.

Sonra macarıstanlı qonaqlar hərbi hissədə görülən işlərlə tanış olub.

Macarıstan nümayəndə heyətinə xüsusi əməliyyat qrupunun taktiki fəaliyyəti, həmçinin bölmələrin istifadəsində olan silah-sursat, təchizat və döyüş texnikası nümayiş olunub.

Məlumatda bildirilib ki, keçirilən görüşün məqsədi mümkün əməkdaşlıq perspektivləri haqqında fikir mübadiləsinin aparılması, eləcə də qarşılıqlı əlaqələrin inkişafı istiqamətində təkliflərin müzakirə edilməsidir.

11eda9d216349a82ccb7a3da3200a070 dd20726f80eccb89465fa908641f1dc9 7e2fc7222c5d401eef244f125f8599cc

Chosen
10
22
poliqon.az

10Sources