EN

Artıq torpaqlarımızın işğal deyil, azad olunduqları tarixləri qeyd etməyimiz qürur mənbəyimizdir - Vüqar Rəhimzadə

Bakı. Trend:

Artıq 4 ildir ki, torpaqlarımızın işğal deyil, azad olunduqlarıgünləri böyük qürur hissi ilə qeyd edirik. Tarixi Zəfərimizinəbədiləşdirilməsinə xidmət edən addımlar sırasında dövlət başçısıİlham Əliyevin Sərəncamı ilə işğaldan azad edilmiş ərazilərimizüzrə şəhər günlərinin təsis olunması xüsusi məna daşıyır. Bu mühümsənəd özündə bugünümüz və gələcəyimizlə bağlı mühüm çağırışlarıehtiva edir. Bu baxımdan ki, həm indiki, həm də gələcək nəsillərişğalçı Ermənistanın əsassız torpaq iddiasının nəticəsi olaraqyaranan keçmiş Qarabağ münaqişəsini, torpaqlarımızın işğalını vədövlətimizin qətiyyəti, xalqımızın birliyi, rəşadətli ordumuzungücü, qüdrəti sayəsində 30 illik işğala son qoyulduğunu bilməli,tariximizi öyrənməli, Zəfərimizin qəhrəmanlarını unutmamalıdırlar.44 günlük İkinci Qarabağ müharibəsinin hər günü tariximizə Zəfərgünü kimi yazıldı. 2020-ci il 27 sentyabr tarixində - Vətənmüharibəsinin ilk günündə Cəbrayıl rayonunun Böyük Mərcanlı vəNüzgar kəndləri, 3 oktyabr tarixində Mehdili, Çaxırlı, AşağıMaralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayılşəhəri və rayonun 9 kəndi – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən,Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndləriişğaldan azad edilmişdir. Cəbrayıl rayonunun ərazisində aparılanhərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 90kənd işğaldan azad edildi. Onu da qeyd edək ki, Müzəffər Ali BaşKomandan İlham Əliyevin rəhbərliyi ilə “Dəmir yumruq” əməliyyatınıuğurla davam etdirən Azərbaycan Ordusu oktyabrın 3-də mühümstrateji əhəmiyyətə malik Suqovuşan və Talış kəndlərini də işğaldanazad etdi. Dövlətimizin başçısı İlham Əliyev bu xoş müjdələriözünün “Tvitter” hesabında xalqımıza çatdırmaqdan böyük qürur hissikeçirirdi. 44 gündə Müzəffər Ali Baş Komandan İlham Əliyevinçoxsaylı müraciətlərinin hər birində hər kəsin gözlədiyi xəbərhansısa bir ərazimizin azad edilməsi oldu. Təbii ki, bu müjdələrəəsas verən Azərbaycan ordusunun gücü ilə yanaşı, Vətən, torpaqsevgisi idi. İşğalçılardan təmizlənməsinin 4-cü ildönümünü qeydetdiyimiz Suqovuşan qəsəbəsi və Talış kəndi Azərbaycan Ordusu üçünçox böyük strateji əhəmiyyətə malik ərazilərdən idi. Bu ərazilərinazad edilməsi ordumuza ətrafdakı əraziləri nəzarətdə saxlamaqimkanı verdi. Hər qarış torpağımızın azad edilməsini qarşıya əsasvəzifə kimi qoyan Silahlı Qüvvələrimiz üzərilərinə düşən şərəflimissiyanı uğurla yerinə yetirdilər.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-əaçıqlamasında bildirib.

Millət vəkili qeyd edib ki, dövlət başçısı İlham Əliyevintorpaqlarımızın azad olunduğu tarixləri məhz həmin ərazilərdə rayonictimaiyyəti nümayəndələrinin iştirakı ilə qeyd etməsi artıq ənənəhalını alıb. Cəbrayıl Şəhəri Günü ərəfəsində dövlət başçısı İlhamƏliyevin Cəbrayıl rayonuna növbəti səfəri hər birimizdə böyük qürurhissi yaratdı. Artıq Cəbrayıl sentyabrın 26-dan mərhələ-mərhələsakinlərinə qovuşur. İlk köç karvanı məhz sentyabrın 26-da yolasalınmışdı. Dövlət başçısı İlham Əliyevin 2021-ci il oktyabrın 4-dəCəbrayıl rayonuna səfəri zamanı ictimaiyyət nümayəndələri iləgörüşündə səsləndirdiyi “Cəbrayıllılarla müzəffər OrdumuzunQələbəsindən sonra ilk görüşümdür və bu görüşü məhz oktyabrın 4-dəkeçirmək xüsusi məna daşıyır. Çünki düz bir il əvvəl məhz oktyabrın4-də Azərbaycan Ordusu Cəbrayıl şəhərini işğalçılardan azad etdi vəbu gün bu şanlı tarixi birlikdə qeyd etmək üçün mən cəbrayıllılarıonların öz yurduna, vətəninə dəvət etdim. Ona görə “Cəbrayıla xoşgəlmisiniz” demək sözləri ilə öz çıxışıma başlayıram. Amma əminəmki, bundan sonra mən Cəbrayıla gələndə həmişə cəbrayıllılar mənə“Xoş gəlmisiniz, cənab Prezident” deyəcəklər” fikirlərini və onunözündə ehtiva etdiyi arzunu yada salmaq istərdik. Bu gün Prezidentİlham Əliyevin Cəbrayıl rayonuna səfəri artıq həmin arzunun 3 ildənsonra reallığa çevrildiyinin təsdiqi oldu. Cəbrayıllılar bu məkandaPrezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanıqarşıladılar.

Vüqar Rəhimzadə bu mühüm məqamı da xüsusi qeyd edib ki,Cəbrayılın azad olunması 2016-cı ildən başlamışdı. Aprel döyüşlərinəticəsində Cocuq Mərcanlı kəndinə insanları qaytarmaq üçünimkanlar əldə edildi. Qeyd edim ki, 5 yanvar 1994-cü il tarixindəHoradiz əməliyyatı zamanı Cocuq Mərcanlı kəndi işğaldan azadedilmişdi. 2016-cı ilin Aprel döyüşləri zamanı Azərbaycan Ordusununəks-hücumu nəticəsində Lələtəpə yüksəkliyi də işğaldan azad edildi.Strateji yüksəkliklər işğalçılardan azad olunandan sonra CocuqMərcanlıya həyatın qayıtması artıq mümkün oldu və bu, önəmliqələbəmiz idi. Strateji yüksəkliklər işğalçılardan təmizləndikdənsonra Cocuq Mərcanlıya həyatın qayıtması artıq mümkün oldu. CocuqMərcanlıya qayıdış Böyük Qayıdışın başlanğıcı idi.

Milli Məclisin deputatı bildirib ki, Cəbrayıl rayonunun vəkəndlərinin ilk olaraq işğaldan azad edilməsi rəşadətli ordumuzunnövbəti zəfərlərinə stimul oldu. Addım-addım irəliyə doğruirəliləyən Silahlı Qüvvələrimiz bu gün hər birimizin qürur duyduğuşanlı Zəfərin yaşanmasına gətirib çıxardı. Dövlət başçısı İlhamƏliyevin qeyd etdiyi kimi, bu gün biz Azərbaycan xalqının əyilməzruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızıntimsalında görürük. O torpaqları heç vaxt görməyən Qarabağdan,Şərqi Zəngəzurdan olan soydaşlarımız həvəslə Böyük QayıdışProqramının icrasını səbirsizliklə gözləyirlər. Əslində, bu proqramartıq icra edilir. Heç vaxt o torpaqlarda yaşamamış, amma otorpaqlara qayıtmaq eşqi ilə yaşamış qarabağlılar və Şərqizəngəzurlular artıq bu cənnət məkana qayıdırlar. Qayıdışməkanlarının say tərkibinin genişlənməsi ölkəmizin malik olduğuimkanların təqdimatı ilə yanaşı, bu torpaqların əsl sahibininAzərbaycan xalqı olmasının dünyaya təqdimatıdır.

Vüqar Rəhimzadə qeyd edib ki, bu, dövlət başçısı İlham ƏliyevinCəbrayıl rayonuna sayca 10-cu səfəridir. Hər bir səfər mühüm sosialobyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi iləyadda qalır. Atılan hər bir addım soydaşlarımızın burada rahatyaşayışının təmin edilməsinə xidmət edir. Ümumilikdə azad olunmuşərazilərdə aparılan bərpa-quruculuq işləri dünyaya şəhərsalmanınmüasir təcrübəsini təqdim edir. Təkcə dövlət başçısı İlham ƏliyevinCəbrayıl rayonuna bir səfəri çərçivəsində görülən işlərə diqqətyetirməklə işğaldan azad edilmiş bütün ərazilərimizdə həyatakeçirilən genişmiqyaslı quruculuq tədbirləri barədə aydın təsəvvüryaratmaq mümkündür. Bu gün Qarabağımız, Şərqi Zəngəzurumuzdirçəlir, cənnət məkana çevrilir. Tezliklə bu ərazilərimiz böyükinvestisiyalar məkanı kimi dünyanın diqqətində olacaq.

Chosen
4
7
az.trend.az

8Sources