EN

Həm prezident, həm parlament seçkiləri bizi qane etdi - Məzahir Pənahov

Həm prezident, həm parlament seçkiləri bizi qane etdi. SİA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

O qeyd edib ki, qurumun təsdiq etdiyi seçkilərlə bağlı maarifləndirmə proqramı çox əhatəli idi: "Bütün beynəlxalq qurumlar təcrübə mübadiləsi aparmağa müsbət yanaşdılar. MSK prosesləri lazımi səviyyədə yerinə yetirə bildi. Komissiya üzvlərinə təşəkkür edərək, növbəti tədbirlərə hazırlaşmağı tövsiyə edirəm".

Chosen
5
9
sia.az

10Sources