EN

SON DƏQİQƏ:Bakı metrosunda FACİƏ – Qatar yoluna düşən sərnişin dünyasını DƏYİŞİB

Bakı metrosunda faciəvi hadisə olub. Bu saatlarda "28 May" metrostansiyasında qatar yoluna düşən sərnişin ölüb.

Bu barədə Bizim.Media-ya “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirilib. Onun sözlərinə görə hazırda sərnişinin qatar yolundan çıxarılması istiqamətində tədbirlər görülür.

Ölən sərnişin 50-60 yaşlarında kişi olub.

Hadisə nəticəsində qatarlar 17 dəqiqə yubanıb.

Alçina Amilqızı, Bizim.Media

Chosen
14
3
bizim.media

4Sources