EN

Həşim Səhrablı: Aİ-nin İran-İsrail gərginliyinə münasibəti tərəfli müdaxilədir- ÖZƏL

"Amerikada Aİ-nin İran-İsrail gərginliyinə münasibəti təbii ki, tərəfli müdaxilədir, çünki ABŞ birmənalı olaraq, Aİ də bir neçə dövləti nəzərə almasaq ittifaq şəklində İsraili dəstəkləyir. Ən azından onun özünü müdafiə hüquqları çərçivəsində raket zərbələrinə və yaxud da bölgədəki hərbi əməliyyatlarına haqq qazandırır. Bu da gərginliyi artıran digər faktorlardan biri kimi çıxış edir. Əlbəttə, düşünmürəm ki, hər hansı bir tərəfi tam şəkildə dəstəkləmək və ya dəstəkləməmək lazımdır". 

Bu fikirləri siyasi şərhçi Həşim Səhrablı Olaylar.az-a açıqlamasında bildirib:

"Hər bir tərəf regional maraqları uğrunda mübarizə aparır. Burada artıq məsələ ölkələrin özünün suverenlik məsələsindən kənara çıxır. Belə yanaşmaq lazımdır ki, İsrailin Suriyada, Livanda və yaxud da regionun digər ölkələrində əməliyyatlar keçirmək üçün nə kimi haqqı var və ya İranın regionun digər dövlətlərinə müdaxilə üçün nə kimi haqqı var? Bu haqqı, cürəti onlar özlərində necə tapırlar? Bu münaqişə tamamilə obyektiv olmalıdır və tərəflərin ikisinə də eyni dərəcədə təzyiq edilməlidir. İkisi də başa düşməlidir ki, fərqli dövlətlərin ərazisində addımlar atmaq, hücumlar həyata keçirmək lazım deyil və buna yol verilməməlidir. Əgər bu prizmadan çıxış ediləcəksə, bəli, qüvvələr koalisiya şəklində yerləşdirilə və tərəflərin hər birinə eyni səviyyədə yerini göstərə bilinər. Amma əgər ABŞ birmənalı şəkildə koalisiya yaradıb İsraiki dəstəkləyərək bölgəyə girəcəksə, o halda İranı dəstəkləyən qüvvələr də ikinci bir koalisiya yaradıb ölkəyə müdaxilə edə bilərlər. Əslində, bu da problemin bir həlli yox, eskalasiyanın qlobal bir miqyasa daşınmasına səbəb olacaq. Bu da ən pis ssenarilərdən biridir. Ona görə də beynəlxalq güclərin diplomatik səyləri və ya hərbi müdaxilələri hesablanırsa da, o şəkildə hesablanmalıdır ki, tərəfləri haqq-ədalət mövqeyinə və neytrallığa çəksin. Bölgədəki vəziyyəti gərginləşdirməsin, əksinə, gərginliyin qarşısının alınmasına hesablansın".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
20
olaylar.az

1Sources