EN

Moskva Türkiyənin BRİCS-ə yaxınlaşmasına hörmətlə yanaşır - Rusiya XİN

“Türkiyənin BRİCS-ə qoşulmaq üçün müraciəti ilə bağlı qərarı bütün dövlətlərarası assosiasiya verəcək”. 

Missiya.Az “Lenta.ru”ya istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

“BRİCS-də bütün qərarlar konsensusla qəbul edilir və biz Ankaranın birliyə yaxınlaşmaq marağına hörmətlə yanaşırıq”, - deyə siyasətçi vurğulayıb.

Ryabkov qeyd edib ki, oktyabrın 22-dən 24-dək Kazanda keçiriləcək BRİCS sammitində Ukrayna münaqişəsi Rusiya və Türkiyə arasında ən yüksək səviyyədə müzakirə olunacaq.

Xatırladaq ki, sentyabrın 4-də Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bəyan etmişdi ki, Türkiyə BRİCS dövlətlərarası assosiasiyasında tam iştirak üçün rəsmi ərizə təqdim edib.

Daşqın HəsənovMissiya.Az

Chosen
17
missiya.az

1Sources