EN

SON DƏQİQƏ - Bakı metrosunda FACİƏ – Qatar yoluna düşən sərnişin dünyasını DƏYİŞİB

Bakı metrosunda faciəvi hadisə olub. Bu saatlarda "28 May" metrostansiyasında qatar yoluna düşən sərnişin ölüb.

Bu barədə Bizim.Media-ya “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirilib. Onun sözlərinə görə hazırda sərnişinin qatar yolundan çıxarılması istiqamətində tədbirlər görülür.

Ölən sərnişin kişi olub. Hadisə nəticəsində qatarlar 17 dəqiqə yubanıb.

Alçina Amilqızı, Bizim.Media

Chosen
31
3
bizim.media

4Sources